...

Bakıdakı qazaxıstanlıların əksəriyyəti hakim partiyaya səs verib

Siyasət Materials 16 Yanvar 2012 10:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend, müxbir S.Ağayeva/

Qazaxıstan Məclisinin (Parlamentin aşağı palatası) deputatlarının seçkilərində iştirak edən Bakıdakı qazaxıstanlıların əksəriyyəti hakim Nur Otan Partiyasına səs verib. Bu barədə bazar ertəsi Trend-ə Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Dastan Süleymanov deyib.

Süleymanov məlumat verib ki, Bakıda seçkilərdə məntəqədə qeydiyyata alınan seçicilərin 78 faizi iştirak edib.

Bazar günü Qazaxıstanda Parlamentin aşağı palatasına seçkilər keçirilib. Ölkə Konstitusiyasına uyğun olaraq, xarici ölkələrdə də səsvermə keçirilib.

Seçkilərdə Nur Otan Xalq-Demokratik Partiyası, Ədalət Partiyası, Qazaxıstan Vətənpərvərləri Partiyası, Ümummilli Sosial-Demokrat Partiyası, Ak Jol Partiyası, Qazaxıstan Xalq Kommunist Partiyası, Ayıl Sosial-Demokrat Partiyası iştirak edir.

Xəbər lenti

Xəbər lenti