...

Gəncə Dövlət Filarmoniyası binasının təməlqoyma mərasimi olub (FOTO)

Siyasət Materials 21 Yanvar 2012 13:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Gəncə Dövlət Filarmoniyası binasının təməlqoyma mərasimində iştirak edib.
Gəncə Dövlət Filarmoniyası binasının təməlqoyma mərasimi olub (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Gəncə Dövlət Filarmoniyası binasının təməlqoyma mərasimində iştirak edib.

İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Məlumat verildi ki, filarmoniyanın köhnə binası qəzalı vəziyyətdə olduğu üçün onun sökülməsinə, "Bakı" kinoteatrı və Uşaq Yaradıcılıq Mərkəzinin yerində isə yeni binanın tikilməsinə qərar verilib. Bir hektardan çox ərazidə tikiləcək altımərtəbəli yeni binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, 2 kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılacaq. Hündürlüyü 26 metrə yaxın olacaq binada restoran və kafelərin, o cümlədən 800 kvadratmetrlik yeraltı qarajın tikilməsi də nəzərdə tutulur.

Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının təməlini qoydu.

Dövlətimizin başçısı beton qarışığı tökən qurğunu işə saldı.

Xəbər lenti

Xəbər lenti