...

Allahşükür Paşazadə Qırğızıstan nümayəndə heyətini qəbul edib

Siyasət Materials 1 Fevral 2012 18:02 (UTC +04:00)
Fevralın 1-də Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadə Qırğızıstanın gənclər, əmək və məşğulluq naziri Aliaspek Alımkulovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Allahşükür Paşazadə Qırğızıstan nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Mehdiyev/

Fevralın 1-də Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadə Qırğızıstanın gənclər, əmək və məşğulluq naziri Aliaspek Alımkulovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, Allahşükür Paşazadə Azərbaycanda gedən inkişaf proseslərini qonaqların nəzərinə çatdırıb. O qeyd edib ki, digər sahələrdə olduğu kimi, Azərbaycanda din sahəsində də böyük irəliləyişlər əldə olunub.

QMİ sədri vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət öz bəhrəsini verir. Onun sözlərinə görə, Azərbaycanda dinə xüsusi diqqət yetirilir.

Azərbaycanın türkdilli ölkələrlə yüksən əlaqələrinin olduğunu qeyd edən Paşazadə, Azərbaycanın Qırğızıstan ilə əlaqələri genişləndirməyə hazır olduğunu qeyd edib.

Həmçinin, Paşazadə gənclərin inkişafından danışaraq qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Gənclər və İdman Nazirliyi ilə gənclərin inkişafı istiqamətində bir sıra proqramları var.

Səmimi qəbula görə təşəkkür edən qonaq Azərbaycanda gedən inkişaf proseslərindən sevindiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan qədim tarixə, mədəniyyətə malik ölkədir.

Azərbaycana ilk dəfə rəsmi səfər etdiyini diqqətə çatdıran Alımkulov, Qırğızıstan gənclərinin Azərbaycana gəlib burada baş verən inkişaf proseslərini izləməsinin vacib olduğunu qeyd edib.

Dünən Qırğızıstan Respublikasının gənclər, əmək və məşgulluq naziri Aliasbek Alımkulovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Səfər Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gənclər siyasəti sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə gerçəkləşir.

Səfər fevral 3-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti