...

Dünya Suriyadakı zorakılıq qarşısında susur, çünki orada müsəlmanlar ölür - Ərdoğan

Siyasət Materials 7 Fevral 2012 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend müxbir A.Tağıyeva/

Suriyada öldürülən minlərlə insan müsəlmandır, bu səbəbdən dünya bu ölkədəki zorakılıq qarşısında susur və hətta onu dəstəkləyir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu çərşənbə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan deyib ki, Suriya Türkiyə üçün qardaş ölkədir, buna görə də Ankara suriyalıların yanında olacaq və onların tələblərini dəstəkləyəcək.

"Suriyada qətllərin davam etməsinə imkan verənlər ölkənin hakimiyyəti qədər günahkardırlar", - o vurğulayıb.

Ötən şənbə günü Rusiya və Çin veto hüququndan istifadə edərək BMT TŞ-nin Suriya üzrə qətnaməsinin qəbuluna mane olublar. Bu artıq BMT TŞ-nin daimi üzvləri kimi RF və Çinin Suriya üzrə qətnaməsinin qəbuluna yol verməmələri ilə bağlı ikinci haldır. Suriyada 2011-ci ilin martından etibarən müxalifət və hökumət arasında toqquşmalar davam edir.

Xəbər lenti

Xəbər lenti