...

Latviya xarici işlər nazirinin Azərbaycana səfər tarixi açıqlanıb

Siyasət Materials 17 Fevral 2012 16:33 (UTC +04:00)
Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs fevralın 23-25-də Azərbaycana işgüzar səfər edəcək.
Latviya xarici işlər nazirinin Azərbaycana səfər tarixi açıqlanıb

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir S.Ağayeva/

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs fevralın 23-25-də Azərbaycana işgüzar səfər edəcək. Bu barədə cümə günü Trend-ə Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis məlumat verib.

Səfər zamanı Latviya xarici işlər nazirinin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü gözlənilir.

Diplomat bildirib ki, görüş zamanı ikitərəfli əlaqələrin bütün dairəsi, eləcə də iki ölkənin Aİ və NATO çərçivəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Danışıqların gündəliyinə iki ölkənin iqtisadi münasibətləri də daxildir.

Xəbər lenti

Xəbər lenti