...

Beyləqan rayon İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb

Siyasət Materials 23 Fevral 2012 18:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Beyləqan rayon İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, iyirmi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini və 4 köçkün qəsəbəsini birləşdirən Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,0 (altı) milyon manatı Beyləqan rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək; Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti