...

Xorvatiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdir

Siyasət Materials 11 Mart 2012 18:14 (UTC +04:00)
Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Xorvatiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdir

Azərbaycan, Bakı, 11 mart /Trend/

Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç bazar günü Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident İvo Yosipoviç və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

Xəbər lenti

Xəbər lenti