Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.Mehdiyev/
Ötən il Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 26 transmilli mütəşəkkil cinayətkar dəstə və qrupun, ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısı alınıb. Trend-in məlumatına görə, bunu cümə axşamı milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev "Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, onlardan ümumilikdə 600 kq-dan artıq narkotik vasitə və psixotrop vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Şəfiyev deyib ki, Rusiya və Ukraynadan olan tərəfdaşlar ilə birgə keçirilmiş əməliyyat nəticəsində 7 beynəlxalq cinayətkar dəstə və ayrı-ayrılıqda 25 nəfər zərərsizləşdirilib, onlardan 353 kq narkotik vasitə götürülüb.