...

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Türkiyəyə səfəri başlayır

Siyasət Materials 9 Aprel 2012 14:20 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bu gün Türkiyəyə səfərə yola düşür.
Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Türkiyəyə səfəri başlayır

Azərbaycan, Bakı, 9 aprel / Trend müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bu gün Türkiyəyə səfərə yola düşür.

İdarənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər Mərmərə Qrupu Vəqfi tərəfindən aprelin 10-12-də Türkiyənin İstanbul və İzmir şəhərlərində keçiriləcək XV Avrasiya İqtisadi Zirvəsinə dəvət əsasında həyata keçirilir.

Son 14 il ərzində mütəmadi olaraq keçirilən, dövlət və hökumət başçıları, parlamentarilər və tanınmış şəxsiyyətlərin qatıldığı bu mötəbər toplantının builki tədbirində enerji, iqtisadiyyat, mədəniyyətlərarası dialoq, qadın liderlər mövzusu, habelə dünyada aclıq və yoxsulluq problemləri gündəmdə olacaq.

QMİ sədri tədbir çərçivəsində aprelin 12-də gerçəkləşdiriləcək Mədəniyyətlərarası Dialoq sessiyasına fəxri qonaq kimi xüsusi dəvət olunub.

Paşazadə toplantıda mədəniyyətlərarası dialoq və əməkdaşlıq mövzusunda məruzə ilə çıxış edərək, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində prioritet istiqamətlərdən olan dinlərarası dialoqa dair mövcud müsbət təcrübə barədə tədbir iştirakçılarına məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti