...

İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

Siyasət Materials 26 Aprel 2012 18:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya təbrik məktubu ünvanlayıb.

"Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında münasibətlərin inkişafı dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsinə xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Ceykob Gedleyihlekisa Zumaya möhkəm cansağlığı, işlərində uğurlar, dost CAR xalqına əmin-amanlıq və rifah arzulayıb.

Xəbər lenti

Xəbər lenti