...

Kuveytdə Şuşanın işğalının 20-ci ildönümü yad edildi (FOTO)

Siyasət Materials 8 May 2012 02:03 (UTC +04:00)
Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar Azərbaycan Küveytdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib.
Kuveytdə Şuşanın işğalının 20-ci ildönümü yad edildi (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar Azərbaycan Küveytdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib. Trend-in məlumatına görə, bu barədə səfirliyin məlumatında bildirilir.

Belə ki, bu tədbirlər çərçivəsində səfirliyimiz və həmyerlilərimizin və əcnəbilərin təsis etdikləri "Vətənsevər" diaspora cəmiyyəti tərəfindən səfirliyin akt zalında anım mərasimi keçirilib.

Həmyerlilərimizlə yanaşı Küveytin bir sıra ictimai xadimlərinin də iştirak etdiyi tədbirdə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan səfir T. Rzayev 20 il bundan əvvəl ölkəmizdə baş verən ictimai-siyasi vəziyyət, erməni yaraqlıları ilə aparılan döyüşlər, vətən torpağı uğrunda şəhid olan oğul və qızlarımızın mətanətli mübarizəsi, bölgədə mövcud olan SSRİ silahlı qüvvələrinin mərkəzdən təlimatlı ermənipərəst mövqeyi haqqında, Şuşanın Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyəti barədə söhbət açaraq Şuşanın tarixi, füsunkar təbiəti, milli və dünya mədəniyyətinə verdiyi töhfələrdən habelə Şuşanı işğalçı erməni silahlı qüvvələri tərəfindən orada törədilən vəhşiliklərdən, günahsız insanlarımızın qətlə yetirilməsindən, mədəni tarixi abidələrimizin məscidlərimizin vandalizm aktına məruz qalmasını və bu işğalın iyirmi ildən artıq davam etməkdə olmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfirliyin müşaviri C. Musayev Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına və dünya parlamentlərinə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin bəyanatını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

"Vətənsevər" cəmiyyətinin sədri Könül Hacızadə çıxış edərək cəmiyyətin üzvlərini Küveytdəki qohumları, dostları, qonşuları, iş yerlərindəki həmkarları arasında fəal məlumatlandırma işini apararaq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, ədalətli mövqeyini izah etməyə çağırıb.

Tədbirdə Şuşaya həsr olunmuş film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti