...

Prezident İlham Əliyev "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 16 May 2012 13:27 (UTC +04:00)
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin Zuğulbada inşa olunmuş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend/

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin Zuğulbada inşa olunmuş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışında iştirak etmişdir.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, inşasına 2010-cu ilin mayından başlanılan və 13,5 hektar ərazidə salınan "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində yeddimərtəbəli əsas korpus, nəzarət-buraxılış məntəqəsi, konfrans bölməsi, idman meydançaları, qazanxana, nasosxana, açıq və qapalı su hovuzları, xüsusi çimərlik sahəsi, ikimərtəbəli kotteclər, dəniz kənarında restoranlar, çay evi və digər istirahət guşələri yaradılmışdır. Həm mərkəzin qarşısında, həm də sahil boyu ərazidə göz oxşayan geniş yaşıllaşdırma işləri aparılmışdır.

Əsas korpusla tanışlıq zamanı bildirildi ki, binanın ümumi sahəsi 25 min kvadratmetrə yaxındır.

Burada 328 yerlik yataq və istirahət otaqları yaradılmışdır. Binanın birinci mərtəbəsində istirahət guşələri qurulmuş, qeydiyyat və gözləmə zalı, 200 nəfərlik restoran, 400 nəfərlik konfrans zalı vardır.

Mərkəzdə fitnes və qapalı su hovuzu da fəaliyyət göstərir. Burada ən müasir idman avadanlığı quraşdırılmış, bilyard və boulinq zalları, balacalar üçün uşaq mərkəzi yaradılmışdır.

Sonra Prezident İlham Əliyev mərkəzin otaqlarında yaradılan şəraitlə tanış oldu. Otaqlardan Xəzər dənizinə gözəl mənzərə açılır.

Prezident İlham Əliyev mərkəzin altıncı mərtəbəsində yaradılmış prezident nömrəsində də oldu. Dövlətimizin başçısı eyvandan dənizin mənzərəsini və ətrafı seyr etdi.

Daha sonra Azərbaycan Prezidenti mərkəzin ərazisini gəzdi. Qeyd olundu ki, ərazidə əsas korpusla yanaşı, ikimərtəbəli 8 kottec inşa edilmişdir. Açıq havada yaradılan iki su hovuzu həm böyüklər, həm də kiçiklər üçün nəzərdə tutulmuşdur.

Burada konsert və digər əyləncəli proqramların təşkili üçün 200 yerlik amfiteatr, futbol, voleybol, tennis meydançaları, uşaqlar üçün əyləncə guşəsi yaradılmışdır, ilin bütün mövsümləri üçün nəzərdə tutulan qapalı və açıq restoranlar, çay evi fəaliyyət göstərir. İstirahət məkanını dənizin çimərliyi tamamlayır.

Mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivi təbrik etdi.

Xəbər lenti

Xəbər lenti