...

Suriyada toqquşmalar zamanı 63 nəfər qətlə yetirilib

Siyasət Materials 20 İyun 2012 11:01 (UTC +04:00)
Suriyanın Hums şəhərində ordu ilə müxalif qüvvələr arasında baş vermiş toqquşmada 63 nəfər qətlə yetirilib.
Suriyada toqquşmalar zamanı 63 nəfər qətlə yetirilib

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir R.Hafizoğlu/

Suriyanın Hums şəhərində ordu ilə müxalif qüvvələr arasında baş vermiş toqquşmada 63 nəfər qətlə yetirilib. Trend-in məlumatına görə, bu barədə Qətərin "əl-Cəzirə" telekanalı xəbər verib.

Toqquşmalar ölkənin Hums şəhəri ilə yanaşı, Hama, İdlib və Hələb şəhərlərində də baş verib.

BMT-nin məlumatına görə, Suriyada münaqişə nəticəsində ölənlərin ümumi sayı 12 min nəfəri ötüb, 230 min insan qaçqına çevrilib, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var.

Xəbər lenti

Xəbər lenti