...

Abdullah Gül: Türkiyə təyyarənin vurulmasına görə lazımi addımlar atacaq

Siyasət Materials 23 İyun 2012 13:21 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin Suriya tərəfindən vurulmasını şərh edərək, Ankaranın lazımi addımlar atacağını bildirib.
Abdullah Gül: Türkiyə təyyarənin vurulmasına görə lazımi addımlar atacaq

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Prezidenti Abdullah Gül Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin Suriya tərəfindən vurulmasını şərh edərək, Ankaranın lazımi addımlar atacağını bildirib. Bu barədə Trend şənbə gün TRT telekanalına istinadən məlumat verir.

"Bu kimi halların ört-basdır edilməsi qeyri-mümkündür və heç sübhəsiz ki, bütün lazımi addımlar atılacaq", - Gül deyib.

Türkiyə Prezidenti onu da bildirib ki, pilotların cəsədinin tapılması üçün hazırda axtarışlar davam etdirilir.

Qeyd edək ki, dünən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Suriya tərəfindən vurulub. Suriya tərəfinin açıqlamasına görə, Türkiyəyə məxsus qırıcı təyyarə ölkənin hava məkanını pozub və onun vurulmasından sonra Türkiyəyə məxsus olduğu təsbit edilib.

Xəbər lenti

Xəbər lenti