...

Azərbaycan və ATƏT insan hüquqları sahəsində ikitərəfli əlaqələri müzakirə ediblər

Siyasət Materials 25 Sentyabr 2012 18:46 (UTC +04:00)
Azərbaycan Parlamentinin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ATƏT-in insan alverinə qarşı xüsusi nümayəndəsi Maria-Qrasia Ciammarinaronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və ATƏT insan hüquqları sahəsində ikitərəfli əlaqələri müzakirə ediblər

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Azərbaycan Parlamentinin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ATƏT-in insan alverinə qarşı xüsusi nümayəndəsi Maria-Qrasia Ciammarinaronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komitə sədri ölkəmizlə beynəlxalq qurumlar arasında insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər haqqında söhbət açıb. Görüşdə Azərbaycanın müstəqillik əldə etdikdən sonra bu sahədə bütün beynəlxalq konvensiyalara qoşulduğu qeyd edilib. 2004-cü ildə insan alverinə qarşı Milli fəaliyyət planının hazırlandığı və 2005-ci ildə qəbul edildiyi vurğulanıb. Son illər ölkəmizin iqtisadi inkişafının miqrantların sayına ciddi təsir göstərdiyi bildirilib, qanunvericilik sahəsində də bu məsələ ilə əlaqədar müəyyən işlərin görüldüyü bildirilib. Milli Məclisdə insan alverinə qarşı mübarizə ilə bağlı atılan addımlar barədə geniş məlumat verilib.

Görüşdə Maria-Qrasia Ciammarinaro Azərbaycanla ATƏT arasında bir çox sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Qonaq dünyada cinayətkarlığın artdığı bir dövrdə insan alverinə qarşı mübarizənin ATƏT tərəfindən yaxından izlənildiyini bildirib. İqtisadi inkişafın olduğu bir dövlətdə qeri-qanuni miqrasiyaya qarşı mübarizənin vacibliyi vurğulanıb. Bu sahədə əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra ikitərəfli əlaqələrin inkişaf yolları müzakirə olunub, qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Xəbər lenti

Xəbər lenti