Dövlət Departamenti: "Müsəlmanların məsumluğu" filminə görə hücumlar yalnız ABŞ-a qarşı deyil, həm də BMT-nin əsaslandığı bütün ideallara qarşıdır

Dövlət Departamenti: "Müsəlmanların məsumluğu" filminə görə hücumlar yalnız ABŞ-a qarşı deyil, həm də BMT-nin əsaslandığı bütün ideallara qarşıdır

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbirlər D.Xatınoğlu, E.Tarıverdiyeva/

ABŞ hökuməti İran xalqına münasibətdə siyasətini bu ölkənin hökumətinə qarşı siyasətindən ayırır. Bu barədə çərşənbə günü Trend-ə ABŞ Dövlət Departamentinin İran üzrə rəsmi nümayəndəsi Alan Eyr bildirib.

"ABŞ dəfələrlə bəyan edib ki, problemlər İran xalqı ilə deyil, bu ölkənin hökuməti ilə mövcuddur", - Eyr qeyd edib.

O vurğulayıb ki, ABŞ İran vətəndaşları üçün artıq virtual səfirlik açıb və İran xalqı ilə münasibətləri genişləndirmək, habelə Birləşmiş Ştatların mövqeyini bu xalqa çatdırmaq üçün digər variantlardan istifadə edir.

"Biz hesab edirik ki, hakimiyyətin legitimliyi vətəndaşlardan asılıdır, çünki əks təqdirdə istənilən hökumət diktatura siyasətinin fəsadları ilə üzləşəcək", - Eyr deyib.

Eyrin sözlərinə görə, ABŞ hesab edir ki, İran xalqının azad söz, azad KİV, azad seçkilər və gender bərabərliyinə sahib ola biləcəyi demokratik dövlətdə yaşamaq hüququ var.

Dövlət Departamentinin rəsmisi bəyan edib ki, İslam Respublikası ölkədə insan hüquqları ilə bağlı sabit vəziyyətin yaradılması işində beynəlxalq məsuliyyət daşıyır.

Nüvə proqramı

İranın nüvə proqramından danışan Eyr qeyd edib ki, bu məsələ Birləşmiş Ştatlar üçün əsas problem olaraq qalır.

"Barak Obama Vaşinqtonun İrana nüvə silahı yaratmağa imkan verməyəcəyi barədə bu ölkə hökumətinə aydın ismarış göndərib", - o deyib və əlavə edib ki, beynəlxalq ictimaiyyət də İranın nüvə silahı yaratmasına mane olmaqda tam qətiyyətlidir.

Eyr vurğulayıb ki, İranın nüvə iddialarına dair məsələnin diplomatik həlli üçün hələ vaxt var, lakin bu vaxt sonsuz deyil.

Onun sözlərinə görə, avqustun sonunda Tehranda keçirilmiş Qoşulamama Hərəkatının 16-cı sammiti zamanı bir çox üzv ölkələr İranı xüsusilə Suriya məsələsi daxil olmaqla xarici siyasətini dəyişdirməyə, həmçinin öz nüvə proqramına yenidən baxmağa çağırıblar.

"Bununla da İran iddia edə bilməz ki, Qoşulmama Hərəkatının üzvləri onun nüvə proqramını dəstəkləyiblər, çünki iştirakçı ölkələrin vahid mövqeyi yoxdur", - Eyr bildirib.

İran üzrə rəsmi nümayəndənin sözlərinə görə, ABŞ, İsrail və beynəlxalq ictimaiyyətin məqsədi İranın nüvə silahı yaratmasının qarşısını almaqdır.

"BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramının inkişafına mane olmaq məqsədilə rəsmi Tehrana qarşı dörd sanksiya qəbul edib və nəhayət Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramının mümkün hərbi aspektləri məsələsinə dair narahatlığını bildirib. Bu, təkcə ABŞ-ın deyil, dünya ictimaiyyətinin narahatlığıdır", - Eyr deyib.

Onun sözlərinə görə, İran qoşulmama haqqında müqavilə çərçivəsində bütün öhdəliklərini yerinə yetirməlidir.

Eyr vurğulayıb ki, əsas problem İran-ABŞ münasibətlərində deyil, İranın nüvə proqramında, insan haqlarının pozulmasında və Tehranın terrorizmi dəstəkləməsindədir.

"Müsəlmanların məsumluğu"

Eyrin sözlərinə görə, bu antiislam filmə görə bəzi İslam ölkələrində baş verən ABŞ səfirliklərinə və diplomatlarına hücum yalnız ABŞ-a qarşı deyil, həm də BMT-nin əsaslandığı bütün ideallara qarşıdır.

O əlavə edib ki, ABŞ Prezidenti Birləşmiş Ştatların diplomatlarına hücumların yolverilməz olduğunu aydın şəkildə başa salıb.

"Bizim iki variantımız var: terrorizmlə mübarizədə beynəlxalq ictimaiyyətlə eyni cəbhədə dayanmaq və ya kollapsa imkan vermək", - Eyr bildirib.

YAP-da Bahar Muradovaya yüksək vəzifə verildi
YAP-da Bahar Muradovaya yüksək vəzifə verildi
Əli Əhmədov yenidən YAP İdarə heyətinin sədr müavini seçilib
Əli Əhmədov yenidən YAP İdarə heyətinin sədr müavini seçilib
Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP-ın yeni İdarə Heyətində yer almayıb
Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP-ın yeni İdarə Heyətində yer almayıb
Loading Bars
Xəbər lenti
Sabah 18 dərəcə isti olacaq
YAP-da Bahar Muradovaya yüksək vəzifə verildi
ÜST pandemiyanın bitəcəyi vaxtı açıqlayıb
Yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq - Agentlik sədri
Bakı-Sumqayıt qatarı 3 gün işləməyəcək
Əli Əhmədov yenidən YAP İdarə heyətinin sədr müavini seçilib
Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP-ın yeni İdarə Heyətində yer almayıb
Gömrükdən keçən avtomobildə qanunsuz spirtli içkilər aşkarlanıb (FOTO)
YAP-ın Veteranlar Şurasının sədri məlum olub
Əksər hallarda iş yerləri ilə bağlı saytlardakı elanlar həqiqi olur - Agentik sədri
YAP-ın Siyasi Şurası ləğv edilib
YAP-ın yeni Nizamnaməsi qəbul edilib
YAP-ın Qurultayı başa çatıb - yeni İdarə Heyəti formalaşıb
Çexiyada hakerlər nazirliyə və meriyaya hücum edib
Azərbaycanın iqtisadi azadlıq səviyyəsi üzrə irəliləməsi islahatların nəticəsidir - Nazir
Özəl şirkətləri işçini işə götürməyə məcbur edə bilmərik - Agentlik sədri
İsrailli qadın ölmüş ərinin göz qişasını qazimizə bağışladı (VİDEO)
6 partiya YAP-a qoşulub (ƏLAVƏ OLUNUB)
Əlillərin işlə təmin edilməsi üçün kvota iki dəfədən çox artırılacaq
Azad edilmiş ərazilərdə məşğulluq tədbirlərinə minatəmizləmə işləri bitdikdən sonra başlanılacaq
Azərbaycanda peyk vasitəsilə yeraltı su ehtiyatları tədqiq olunacaq
Əlillik qrupları olan şəxslər heç də əmək qabiliyyətsiz sayılmır - Agentlik sədri
Daha bir “E-manat” terminalını oğurlayan dəstə tutuldu (FOTO/VİDEO)
Xarici ekspertlər Tərtərdə ermənilərin dağıtdığı evlərə baxış keçiriblər (FOTO)
1000-dən çox müəllim vaksinasiya olunub - Emin Əmrullayev
Saray qəsəbəsində partlayış olub, bir ailənin 4 üzvü xəsarət alıb
“Azərpambıq ASK” MMC-də yenidənqurma işləri həyata keçirilir
8 Martda regionlarda da ictimai nəqliyyat işləməyəcək - DANX
Somalidə terrorçular həbsxananı ələ keçirdi - Yüzlərlə məhbus buraxıldı
Ümumdünya Piylənmə Gününə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilir
ADPU-da "Bu gün təhsildə nələr dəyişməlidir" mövzusunda dəyirmi masa (FOTO)
Cənab Ali Baş Komandanımız iki cəbhədə öz Dəmir Yumruğunu göstərdi - Qarabağda və mediada - MÜSAHİBƏ
Hikmət Hacıyev israilli həkimlərə təşəkkür edib (VİDEO)
COVİD-19 dövründə bütün dünyada məişət zorakılığı artıb - Hande Harmancı (FOTO)
Özü parklana bilən Geely Coolray (FOTO)
Azərbaycan və Çexiya arasında turizm əlaqələrinin inkişafı müzakirə olunub
BŞTİ-nin müdir müavini vəzifəsinə təyinatlar olub (FOTO)
Azərbaycanda peyvənd olunanların sayı 363 mini ötüb
Ötən gün ölkə ərazisində 34 yanğın olub, 1 nəfər öülb - FHN
Qadın 900 dollar götürüb evdən qaçıb
"Cənub Qaz Dəhlizi"nin maliyyə ehtiyacları layihələrdən gələn gəlir hesabına qarşılanacaq - "Fitch"
“Astara-nəqliyyat” ASC 20 min manat cərimələndi
Bir gündə 4 avtomobil qaçıran keçmiş məhkum saxlanılıb (FOTO)
Prezident İlham Əliyev YAP-ın qurultayında çıxış edib
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfəsini verir (FOTO)
Müharibəyə çağrılanda çox sevindim - Qazi
Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq - Nazir müavini
Azərbaycanda qızıl və gümüş ucuzlaşır
Ötən gün cinayət törədən 40 nəfər saxlanılıb
Füzuli rayonunun Yuxarı Rəfədinli kəndi (VİDEO)
“YAŞAT” Fondunun Türkiyəyə göndərdiyi 4 qazi sağalaraq Vətənə qayıtdı (FOTO)
BirKart sahibləri taksit əməliyyatından 20 AZN hədiyyə qazanacaqlar
Ceyhan terminalından 36 milyon bareldən çox AÇG nefti yola salınıb
Qazaxıstan televiziyası “Dağdakı Qarabağ, yeni atəşkəs” adlı sənədli film yayımlayıb (FOTO)
Mingəçevir Dövlət Universitetinin “Dayanıqlı İnkişaf” adlı elmi jurnalı qeydiyyata alınıb
Azərbaycan nefti 3 dollar bahalaşıb
III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirməyə başlanılıb
AMEA-da çalışan 4000-dən çox elmi işçi barədə məlumatlar elektronlaşdırılıb
“İqtisadi Azadlıq İndeksi 2021” hesabatına görə Azərbaycan 6 pillə irəliləyib
Tədqiqatların koordinasiyası üçün müasir elm texnologiyalarından istifadəyə ehtiyac var - AMEA-nın vitse-prezidenti
Buraxılış imtahanlarının sadələşməsi üçün təkliflər hökumətə təqdim edildi
Bakıda itkin düşən 13 yaşlı qız tapıldı
Binəqədidə məcburi köçkün yataqxanası yanıb
Martın 5-də xarici valyutaların manata qarşı məzənnələri
"Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi Bolqarıstana qaz tranzitini artırmaq imkanı verəcək - Səfir
Sumqayıtda quşçuluq sexi yanıb
Şəhid olan general PUA-ların yaradılmasında iştirak edib - Bayraktar (FOTO)
ÜST: Dünyada ötən sutka koronavirusa 416 mindən çox yoluxma qeydə alınıb
Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Türkiyə Müdafiə naziri ölkədə helikopterin qəzaya uğramasının səbəblərini açıqladı
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
"Liverpul" futbol klubu tarixində ilk dəfə ardıcıl beş ev oyununda məğlub oldu
Avstraliya hakimiyyəti Norfolk adasında sunami təhlükəsi barədə xəbərdarlıq edib
Kanadada "Johnson & Johnson" peyvəndini bir neçə gün ərzində təsdiqləyəcəyini deyiblər
Ağstafa rayonunda "Ford" yanıb
Türkiyədə son sutkada koronavirusdan 7 873 nəfər sağalıb
Sakit Okeanda 8,0 bal gücündə zəlzələ olub
Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11-ə çatıb (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan mövcud ixtisarların apreldə də davamına razılıq verib (FOTO)
Hərbi helikopterin qəzaya uğraması nəticəsində Türkiyə ordusunun generalı həlak olub (ƏLAVƏ OLUNUB)
Azərbaycan COVAX çərçivəsində vaksinlərin əldə edilməsi ilə bağlı ÜST-ün qeydi ilə razı deyil - Agentlik
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
AQTA quş qripi xəstəliyi üzrə simulyasiya təlimi keçirib (FOTO)
Gürcü telejurnalist: Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib (FOTO)
Pakistanla hərbi əməkdaşlıq Silahlı Qüvvələrimizin inkişafına təkan verəcək - Ekspert
Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır
Hansı halda məktəblər bağlana bilər? - Ekspert açıqladı
Mingəçevir Dövlət Universitetinin rektoru gələcəyin hüquqşünasları ilə görüşüb
Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert
"WhatsApp"da yeni funksiya işə salınıb
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
MDB PA-nın komissiya iclasları keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər
Paytaxt yollarında sıxlıq var - Avtobuslar gecikir (FOTO)
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək
Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ olub
Prezident İlham Əliyev: Ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edib
Bütün xəbərlər