...

Milli Məclis Avropa Parlamentinin Ramil Səfərovla bağlı qətnaməsinə etiraz olaraq bəyanat qəbul edib

Siyasət Materials 1 Oktyabr 2012 16:20 (UTC +04:00)
Azərbaycan Milli Məclisi Avropa Parlamentinin Ramil Səfərovla bağlı qətnaməsinə və AŞ PA payız sessiyasında gözlənilən müzakirəsinə etiraz olaraq bəyanat qəbul edib.
Milli Məclis Avropa Parlamentinin Ramil Səfərovla bağlı qətnaməsinə etiraz olaraq bəyanat qəbul edib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi Avropa Parlamentinin Ramil Səfərovla bağlı qətnaməsinə və AŞ PA payız sessiyasında gözlənilən müzakirəsinə etiraz olaraq bəyanat qəbul edib.

Trend-in məlumatına görə, bəyanatda deyilir ki, Ramil Səfərov məsələsindən istifadə edilərək Azərbaycana qarşı təyziqlər başlayıb.

"Bu, Avropanın hələ də ikili standartlardan əl çəkməməsinin nəticəsidir. Beynəlxalq təşkilatların Azərbaycana qarşı bu qeyri-obyektiv mövqeyi, əslində Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərir", - bəyanatda deyilir.

Bəyanatda qeyd olunub ki, Azərbaycan Avropa Şurasının üzvü kimi ən fəal iştirakçılardan biridir, bir çox ölkələrlə hüquq müstəvisində sıx əməkdaşlıq edir.

"Məhz bu əməkdaşlığın nəticəsidir ki, Azərbaycan torpaqlarını işğal edən, etnik təmizləmə siyasətini aparan Ermənistandan Ramil Səfərovla bağlı başqa mövqe gözləmək olmazdı. 1983-cü ildə Fransada törədilən terror nəticəsində ömürlük həbs edilən erməni Karapetyan və digər terrorçular sonradan azad edildikdən sonra Ermənistan-Azərbaycan münaqişəsi zamanı xüsusi qəddarlıq nümayiş etdirmişdilər. Azərbaycan Milli Məclsisi bəyan edir ki, Cənubi Qafqaz üçün təhlükə törədən Ermənistan silahlı qüvvələri hələ də işğalı davam etdirir", - bəyanatda deyilir.

Xəbər lenti

Xəbər lenti