...

Gürcü məmurlar vəzifələrini tərk edirlər

Siyasət Materials 27 Oktyabr 2012 16:45 (UTC +04:00)
Gürcüstanın BMT-dəki daimi nümayəndəsi Aleksandr Lomaya vəzifəsini tərk edir. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze deyib.
Gürcü məmurlar vəzifələrini tərk edirlər

Gürcüstan, Tbilisi, 27 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın BMT-dəki daimi nümayəndəsi Aleksandr Lomaya vəzifəsini tərk edir. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze deyib.

Onun sözlərinə görə, bu barədə məlumatı ona Gürcüstanın sabiq xarici işlər naziri Qriqol Vaşadze verib.

"Gürcüstanın beynəlxalq təşkilatlardakı digər səfirləri və nümayəndələri vəzifələrində qalırlar", - Pancikidze qeyd edib.

Lomaya Mixail Saakaşvilinin silahdaşlarından biridir. O, vaxtilə Gürcüstanın təhsil naziri olub və bu sahədəki bütün islahatlar onun adı ilə bağlıdır.

Gürcüstan patrul polisinin rəisi Georgi Qriqalaşvili də vəzifəsindən gedib. Gürcüstan DİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Qriqalaşvili öz ərizəsi əsasında azad edilib.

O, patrul polisinə bu qurum yarandığı gündən rəhbərlik edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti