...

İran genişmiqyaslı hərbi təlimlərə başlayıb (VİDEO)

Siyasət Materials 30 Oktyabr 2012 19:22 (UTC +04:00)
İran "Zülfüqar 91" adı altında genişmiqyaslı hərbi təlimlərə başlayıb.
İran genişmiqyaslı hərbi təlimlərə başlayıb (VİDEO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran "Zülfüqar 91" adı altında genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu barədə Trend çərşənbə axşamı IRINN telekanalına istinadən məlumat verir.

Təlimlər quru qoşunları və hərbi aviasiyanın iştirakı ilə 3 gün davam edəcək və bir neçə mərhələdən ibarət olacaq. Təlimlər Kirmanşah əyalətinin qərbində yerləşən Gilan-qərb zonasında keçirilir.

Ordu və Hərbi Hava Qüvvələrinin fəaliyyətini koordinasiya etmək üçün oktyabrın 25-də Gilan-qərbdə təlimlərə cəlb edilmiş bölmələrin komandirlərinin müşaviəsi keçirilib.

Təlimlərin məqsədi hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi və qoşunların idarə edilməsidir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti