...

İlham Əliyev ABŞ Dövlət Departamentinin informasiya siyasəti üzrə əlaqələndiricisini qəbul edib

Siyasət Materials 2 Noyabr 2012 18:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü ABŞ Dövlət Departamentinin beynəlxalq kommunikasiya və informasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev ABŞ Dövlət Departamentinin informasiya siyasəti üzrə əlaqələndiricisini qəbul edib

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü ABŞ Dövlət Departamentinin beynəlxalq kommunikasiya və informasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycanın beynəlxalq tədbirlər keçirməkdə böyük təcrübəyə malik olduğunu qeyd edən Prezident İlham Əliyev BMT-nin Azərbaycan hökuməti ilə birgə təşkil etdiyi VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsini ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafına yaradılan şəraitin göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı informasiya və kommunikasiya texnologiyaları sektorunun artıq Azərbaycanda prioritet sahələrdən birinə çevrildiyini vurğuladı.

ABŞ Dövlət Departamentinin Beynəlxalq Kommunikasiya və İnformasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyer VII İnternet İdarəçilik Forumunun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə etdi. Forumun ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğulayan Filip Verveyer tədbirdə ABŞ-dan bir çox rəsmi şəxslərin iştirak edəcəyini bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti