...

Elmar Məmmədyarov gürcü həmkarını Bakıya səfərə dəvət edib

Siyasət Materials 7 Noyabr 2012 17:20 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun adından dəvət və Gürcüstan XİN rəhbəri vəzifəsinə təyin edilməsi ilə bağlı təbrik məktubunu Mayya Pancikidzeyə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn təqdim edib.
Elmar Məmmədyarov gürcü həmkarını Bakıya səfərə dəvət edib

Gürcüstan, Tbilisi, 7 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanın xarici işlər naziri gürcü həmkarını Bakıya səfərə dəvət edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun adından dəvət və Gürcüstan XİN rəhbəri vəzifəsinə təyin edilməsi ilə bağlı təbrik məktubunu Mayya Pancikidzeyə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn təqdim edib. Bu barədə çərşənbə günü Trend-ə Gürcüstan XİN-dən məlumat verilib.

Görüşdə tərəflər birgə əməkdaşlıq istiqamətlərini və əməkdaşlığın inkişafı perspektivlərini nəzərdən keçiriblər. İki ölkə arasında mövcud mehriban qonşuluq münasibətlərini və strateji əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan səfiri rəsmi Bakının Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə sadiqliyini bir daha qeyd edib.

Azər Hüseyn xanım Pancikidzeyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti