...

Bahar Muradova: Barak Obamanın ikinci prezidentliyi dövründə ABŞ-ın Cənubi Qafqaz siyasətində irəliləmə ola bilər

Siyasət Materials 8 Noyabr 2012 11:42 (UTC +04:00)
Barak Obamanın ikinci prezidentliyi dövründə ABŞ-ın Cənubi Qafqaz siyasətində irəliləmə ola bilər.
Bahar Muradova: Barak Obamanın ikinci prezidentliyi dövründə ABŞ-ın Cənubi Qafqaz siyasətində irəliləmə ola bilər

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir M.Əliyev/

Barak Obamanın ikinci prezidentliyi dövründə ABŞ-ın Cənubi Qafqaz siyasətində irəliləmə ola bilər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

"Barak Obamanın yenidən prezident seçilməsi ilə ABŞ-ın Cənubi Qafqaz, o cümlədən Azərbaycanla bağlı siyasətində köklü dəyişikliklər edəcəyini düşünmürəm. Amma bunun hansısa boşluqların doldurulmasına, mövcud narahatlıqların həll olunmasına vəsilə olacağına inanıram", - Muradova bildirib.

Vitse-spiker qeyd edib ki, Obama ikinci dəfə prezident seçilir və onun qarşıya qoyduğu planların, həm ABŞ-ın maraqları, həm də Cənubi Qafqazdakı mövcud maraqların həyata kreçirilməsi üçün Obamanın qarşısında heç bir maneə yoxdur.

Muradova bildirib ki, Azərbaycan da bu müddət ərzində ABŞ-la münasibətlərin daha da saflaşması, möhkəmlənməsi istiqamətində addımlar atacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti