...

İran müxalifətinin lideri Mehdi Kərrubi xəstəxanaya yerləşdirilib

Siyasət Materials 20 Noyabr 2012 11:03 (UTC +04:00)
İran müxalifətinin lideri Mehdi Kərrubi ölkənin təhlükəsizlik qüvvələrinə məxsus xəstəxanalardan birinə yerləşdirilib.
İran müxalifətinin lideri Mehdi Kərrubi xəstəxanaya yerləşdirilib

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

İran müxalifətinin lideri Mehdi Kərrubi ölkənin təhlükəsizlik qüvvələrinə məxsus xəstəxanalardan birinə yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə Kərrubinin partiyasına məxsus "Saham news" saytı xəbər yayıb.

Kərrubi səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. O, iki həftə bundan əvvəl sürətlə arıqlamağa, iştahın olmamasından, başgicəllənmədən və ürəkbulanmadan şikayətlənməyə başlayıb.

Kərrubinin ailəsinin onun vəziyyətinin pisləşməsi barədə təhlükəsizlik orqanlarına dəfələrlə məlumat verməsindən sonra nəhayət ki, müxalifət liderinin xəstəxanalardan birinə yerləşdirilməsi qərara alınıb.

Qeyd edək ki, Kərrubi artıq uzun müddətdir ki ev dustağıdır. Buna səbəb onun 2009-cu ildə keçirilən prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyaları təşkil etməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti