...

Ərdoğan: Əl-Maliki rejimi İraqı vətəndaş müharibəsinə aparır

Siyasət Materials 21 Noyabr 2012 13:51 (UTC +04:00)
İraq vətəndaş müharibəsi astanasındadır və buna hakim əl-Maliki rejimi aparır.
Ərdoğan: Əl-Maliki rejimi İraqı vətəndaş müharibəsinə aparır

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir A. Tağıyeva/

İraq vətəndaş müharibəsi astanasındadır və buna hakim əl-Maliki rejimi aparır. Trend-in çərşənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan, həmçinin İraqın daxilindəki müharibələrin dinlərarası müharibəyə çevrilməsindən narahatlığını bildirib.

Daha əvvəl verilən məlumata görə, İraqın hökumət qoşunları və kürd muxtariyyətinin silahlı dəstələri arasında baş vermiş toqquşmalar nəticəsində İraq ordusunun 12 əsgəri və 1 dinc sakin ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti