...

Ermənistanın sabiq xarici işlər naziri Bakıda keçirilən beynəlxalq konfransın işini pozmağa çalışıb

Siyasət Materials 23 Noyabr 2012 16:32 (UTC +04:00)
Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası zamanı Ermənistanın sabiq xarici işlər naziri, "İrs" Partiyasının sədri Raffi Ovannisyan iclası pozmağa çalışıb
Ermənistanın sabiq xarici işlər naziri Bakıda keçirilən beynəlxalq konfransın işini pozmağa çalışıb

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir M.Əliyev/

Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyası zamanı Ermənistanın sabiq xarici işlər naziri, "İrs" partiyasının sədri Raffi Ovannisyan iclası pozmağa çalışıb.

Trend-in məlumatına görə, ICAPP-ın VII Baş Assambleyasının bəyannaməsi oxunarkən Ovannisyan gözlənilmədən tribunaya yaxınlaşaraq ona icazə verilmədən çıxış etmək istəyib. Bu zaman iclasa sədrlik edən şəxslər onu intizama dəvət ediblər, lakin Ovannisyan aqressivlik göstərərək qışqırmağa və yersiz ittihamlar irəli sürməyə başlayıb.

Tədbir iştirakçıları olan Azərbaycan nümayəndə heyəti, həmçinin digər əksər ölkələrin nümayəndələri qarşılarındakı masanı döyəcləyərək erməni partiya sədrinin intizamsızlığına etiraz ediblər.

Qeyd edək ki, bəyannamədə Assambleya Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinə dair qəbul etdiyi qətnamələri dəstəkləyib.

Xatırladaq ki, Ovannisyan bugünkü çıxışında da separatçı çağırışlar edib. Azərbaycanın hakim və müxalifət partiyalarının nümayəndələri buna etiraz ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti