...

Cəlal Təlabani: Kürd muxtariyyəti Bağdadın ona qarşı silah tətbiq edəcəyindən ehtiyatlanır

Siyasət Materials 28 Noyabr 2012 10:02 (UTC +04:00)
Kürd muxtariyyəti ehtiyat edir ki, Bağdadın və muxtariyyətin münasibətlərindəki gərginlik saxlandıqca İraqın mərkəzi hökuməti muxtariyyətin sakinlərinə qarşı silahdan istifadə edə bilər.
Cəlal Təlabani: Kürd muxtariyyəti Bağdadın ona qarşı silah tətbiq edəcəyindən ehtiyatlanır

Azərbaycan, Bakı, 28 noyabr / Trend, müxbir A.Tağıyeva/

Kürd muxtariyyəti ehtiyat edir ki, Bağdadın və muxtariyyətin münasibətlərindəki gərginlik saxlandıqca İraqın mərkəzi hökuməti muxtariyyətin sakinlərinə qarşı silahdan istifadə edə bilər. Trend-in məlumatına görə, bu barədə İraq Prezidenti Cəlal Talabani "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, lakin kürd muxtariyyəti aralarında problemlərin mövcud olmasına baxmayaraq, İraqdan ayrılmaq fikrində deyil.

Ötən həftədən etibarən İraqın hökumət qüvvələri və kürd muxtariyyətinin silahlı dəstələri arasında vaxtaşırı toqquşmalar baş verir. Noyabrın 20-də belə toqquşmalar nəticəsində İraq ordusunun 12 əsgəri və bir dinc sakin həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti