Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir M.Əliyev/
Asiya ölkələri gənclərinin forumu Bakıda 2013-cü ilin yayında keçiriləcək. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, deputat Əli Əhmədov Milli Məclisdə Çin Xalq Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin (ÇXSKŞ ÜK) sədr müavini Bay Liçenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
O qeyd edib ki, bu forumun keçirilməsi Azərbaycanın təklifi ilə baş tutur və dəqiq vaxt gələn ilin əvvəllərində məlum olacaq.
Bay Liçen bu forumun keçirilməsinin Çin tərəfindən dəstəkləndiyini bildirib.
"Forumla bağlı hansısa dəstək, əməkdaşlıq lazım olarsa, Bakıdakı səfirliyimiz vasitəsilə iştirak etməyə hazırıq", - o deyib.
Asiya ölkələri gənclər forumunun tarixi açıqlanıb