Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir A.Tağıyeva/
On milərlə iraqlı ölkədə Baş nazir Nuri əl-Malikinin əleyhinə kütləvi nümayişlər keçirir. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Nümayişçilər siyasi məhbusların azad edilməsini və ölkənin sünni əhalisinə hüquq və azadlıqların verilməsini tələb edirlər.
Nümayişlərin bir sıra iri şəhərlərdə, o cümlədən Ənbar vilayətində və Səmərra şəhərində keçirildiyi xəbər verilir. Nümayişçilər cümə namazından sonra vilayətlərdəki mərkəzi meydanlarda toplaşıblar. Bu nümayişlər ölkədə həftə ərzində artıq ikinci dəfədir keçirilir. Bundan əvvəl İraqın Bəsrə, Bağdad və başqa şəhərlərində də nümayişlər keçirilib.