...

Məhkəmə İranın müxalifət liderinin oğlunun həbsinə qərar verib

Siyasət Materials 16 Yanvar 2013 13:21 (UTC +04:00)
Ev dustaqlığında saxlanılan İranın müxalifət liderlərindən olan Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi 6 ay şərti həbs cəzası alıb.
Məhkəmə İranın müxalifət liderinin oğlunun həbsinə qərar verib

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir T.Cəfərov/

Ev dustaqlığında saxlanılan İranın müxalifət liderlərindən olan Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi 6 ay şərti həbs cəzası alıb. Trend-in məlumatına görə, bu barədə Fars agentliyi adını açıqlamadığı mənbəyə istinadən məlumat verir.

Məlumata əsasən, Hüseyn Kərrubi əcnəbi KİV-lərlə İran İslam İnqilabına zidd çıxışlar edərək əhali arasında qarışıqlıq yaratmaqda ittiham olunur.

İranda 2009-cu il iyunun 12-də keçirilən prezident seçkilərinin nəticəsinə sabiq prezidentliyə namizədlər etiraz ediblər. İslahatçı namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi seçkilərdə böyük saxtakarlıq olduğunu bildiriblər. Seçkilərdən sonra İranda başlanan etiraz aksiyaları, müşahidəçilərin fikrincə, 1979-cu il İslam İnqilabından sonra analoqu olmayan səviyyədə keçib. Yüzlərlə siyasi fəal həbs edilib və onlarla vətəndaş həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti