...

Yerevanda Ovannisyanın tərəfdarlarının nümayişi keçirilir

Siyasət Materials 22 Fevral 2013 18:38 (UTC +04:00)
Ermənistanda prezident seçkilərinin saxtalaşdırıldığını və özünün prezident seçildiyini bəyan edən İrs Partiyasının lideri Raffi Ovannisyanın tərəfdarlarının Yerevanın Azadlıq meydanında nümayişi başlayıb.
Yerevanda Ovannisyanın tərəfdarlarının nümayişi keçirilir

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Ermənistanda prezident seçkilərinin saxtalaşdırıldığını və özünün prezident seçildiyini bəyan edən İrs Partiyasının lideri Raffi Ovannisyanın tərəfdarlarının Yerevanın Azadlıq meydanında nümayişi başlayıb. Bu barədə Trend cümə günü Ermənistan KİV-ə istinadən məlumat verir.

Nümayişə Ovannisyan ilə yanaşı, təşviqat kampaniyası ərzində aclıq aksiyası keçirmiş prezidentliyə sabiq namizəd Andrias Qukasyan da gəlib. Jurnalistlərlə söhbətdə Qukasyan bildirib ki, Ovannisyanı dinləməyə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti