...

Ermənistan müxalifəti kütləvi nümayişlər keçirməyə qərar verib

Siyasət Materials 22 Fevral 2013 20:44 (UTC +04:00)
Müxalif İrs Partiyasının lideri Raffi Ovannisyan cümə günü Yerevanda tərəfdarlarının nümayişində ölkə üzrə nümayişlərin keçirilməsini bəyan edib. Bu barədə Trend cümı günü Ermənistan KİV-ə istinadən məlumat verir.
Ermənistan müxalifəti kütləvi nümayişlər keçirməyə qərar verib

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Müxalif İrs Partiyasının lideri Raffi Ovannisyan cümə günü Yerevanda tərəfdarlarının nümayişində ölkə üzrə nümayişlərin keçirilməsini bəyan edib. Bu barədə Trend cümı günü Ermənistan KİV-ə istinadən məlumat verir.

Ovannisyanın sözlərinə görə, sabah tərəfdarları prezident seçkilərində qələbə qazandıqları şəhərlərdə nümayiş keçirəcəklər, bazar günü 15:00-da isə yenidən Yerevandakı Azadlıq meydanına toplaşacaqlar.

"Yereven meriyasını nümayiş keçirmək niyyətimizi diqqətə almağa çağırıram. Azadlıq meydanı heç kəsin mülkiyyəti deyil və bazar günü Ermənistan xalqı burada görüşəcək", - o bəyan edib.

Ovannisyan qeyd edib ki, bütün şəhər və kəndlərdə aksiyalar keçirməyə hazırlaşır və birliyin lazımlığını qeyd edib.

Onun sözlərinə görə, hərəkat dinc xarakter daşıyacaq və heç kəsə xalqa əl qaldırmağa imkan verməyəcək.

O deyib ki, xalqın əleyhinə əsgər göndərəcək istənilən zabit "onun və xalqın özünün qarşısında cavab verəcək".

Hazırda Ovannisyanın tərəfdarları Yerevanın mərkəzi küçələrində yürüşə başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti