...

Yerevanda "inqilab salamlamaları"…

Siyasət Materials 24 Fevral 2013 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Bazar günü bir neçə min Ermənistan vətəndaşı Yerevanın "Azadlıq" meydanında seçkilərin nəticələrini qəbul etməyən "İrs" partiyasının lideri Raffi Ovannisyanı dəstəkləmək üçün mitinq keçirib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, mitinqin gedişatında Ovannisyan deyib ki, bazar ertəsi Ermənistan MSK-nın seçkilərin nəticələrini elan etdikdən sonra mətbuat konfransı keçirməyi və ölkənin rayonlarında "inqilab salamlamalarını" davam etdirməyi planlaşdırır.

"Şəhər şəhər, kəndbəkənd... Biz hakimiyyəti xalqa qaytaracağıq" - deyən Ovannisyan əlavə edib ki, bütün mitinqlər dinc şəraitdə və qanun çərçivəsində keçirilməlidir.

Ovannisyan tərəfdarlarını fevralın 28-də paytaxtın "Azadlıq" meydanında baş tutacaq növbəti mitinqdə iştirak etməyə dəvət edib.

Qeyd edək ki, Ermənistan polisi keçirilmiş aksiyanı icazəsiz hesab edib. Bir müddət öncə isə hüquq-mühafizə orqanları Ovannisyana mitinqlə bağlı xəbərdarlıq etmişdi.

Xatırladaq ki, fevralın 18-də Ermənistanda prezident seçkiləri keçirildi. Nəticələrə görə, Ermənistanın hazırki prezidenti Serj Sarkisyan seçicilərin 58.64 faizinin, Raffi Ovannisyan 36.75 faizinin, Hrant Baqdasaryan isə 2.15 faizinin səsini qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti