...

Yəməndə polis etirazçılara atəş açıb, ölən və yaralananlar var

Siyasət Materials 2 Mart 2013 19:37 (UTC +04:00)
Yəmənin cənubunda, Aden şəhərində etirazçılarla qarşıdurma zamanı polis odlu silahdan istifadə edib.
Yəməndə polis etirazçılara atəş açıb, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 2 mart /Trend/

Yəmənin cənubunda, Aden şəhərində etirazçılarla qarşıdurma zamanı polis odlu silahdan istifadə edib. Trend-in RBK-ya istinadən yaydığı xəbərdə deyilir ki, hadisə nəticəsində 1 nəfər ölüb, ən azı 4 nəfər isə yaralanıb.

Etirazçılar aksiya keçirməklə fevral ayının 21-də keçirilmiş mitinq zamanı həbs olunanların azad edilməsini tələb ediblər.

Onların digər tələbi isə etirazçılara qarşı odlu silahdan istifadə etmiş hüquq-mühafizə orqanlanlarının əməkdaşlarının məsuliyyətə ccəlb edilməsi olub.

Məlumatda deyilir ki, Yəmənin cənubunda yaşayan insanlar diskriminasiya halları ilə qarşılaşdıqlarından özlərinin dövlətini formalaşdırmaq istəyirlər.

Lakin regionda "Əl-Qaidənin" güclənməsindən ehtiyatlanan Vaşinqton onlara dəstək vermir.

Xatırladaq ki, şimali və cənubi Yəmən 1990-cı ildə birləşdirilib.

2011-ci ilin yazından başlayaraq, etirazlar yenidən baş qaldırıb.

Xəbər lenti

Xəbər lenti