ABŞ-da yəhudi icmasının ən nüfuzlu toplantısında Azərbaycanla bağlı müzakirələr keçirilib (FOTO)

ABŞ-da yəhudi icmasının ən nüfuzlu toplantısında Azərbaycanla bağlı müzakirələr keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend/

ABŞ-da yəhudi icmasının ən nüfuzlu və genişmiqyaslı toplantısında Azərbaycanla bağlı müzakirələr keçirilib. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Səfir Elin Süleymanov Amerika İsrail İctimai Əlaqələr üzrə Komitəsinin (The American Israel Public Affairs Committee) "Gələcəyi birgə formalaşdıraq" başlığı altında keçirilmiş İllik Siyasi Konfransında geniş auditoriya qarşısında çıxış etmişdir. Konfrans çərçivəsində keçirilmiş "İsrailin Cənubi Qafqaz dövlətləri ilə münasibətləri" mövzusunda müzakirələrin digər iştirakçıları Cons Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu nəzdində fəaliyyət göstərən İpək Yolu Araşdırmaları Proqramının direktoru Svante Kornel (Svante Cornell) və Hayfa Universitetinin baş mühazirəçisi Brenda Şaffer olmuşdur.

İlk olaraq, Azərbaycanın ABŞ-la münasibətləri haqqında məlumat verən diplomat iki dövlətin enerji sektoru, terrorçuluğa qarşı mübarizədə yaxından əməkdaşlıq etdiyini, regional inkişafı və inteqrasiyanı surətləndirəcək gündəmdə olan enerji layihələrinin reallaşmasında ABŞ-ın siyasi dəstəyinin vacib olduğunu demişdir.

Süleymanov Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin tarixindən bəhs edərək, bu münasibətlərin strateji müttəfiqlik xarakter almasında azərbaycan xalqı ilə ölkəmizdə məskunlaşmış yəhudi icması arasında münasibətlərin rolunun danılmaz olduğunu bildirmişdir.

Tarixən yəhudilərin əhalisinin əksəriyyətinin müsəlman olduğu dövlətdə dinc, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadığını qeyd edən səfir yəhudi icması nümayəndələrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşduğunu və qəhramanlıqla şəhid olması faktının Azərbaycan xalqının heç vaxt unutmayacağını qeyd etmişdir.

Hazırda İsrailin enerji resurslarına olan tələbatının 40 faizinin Azərbaycan tərəfindən ödənildiyini bildirən səfir yüksək səviyyəli rəsmi səfərlərin münasibətlərin daha da dərinləşməsi baxımından önəmliyini qeyd etmiş və bu xüsusda, İsrail Prezidenti və xarici işlər nazirinin ölkəmizə səfərlərini xatırlatmışdır.

Etnik və dini rəngarəngliyin Azərbaycan dövlətinin milli sərvəti olduğunu bildirən səfir tolerantlığın təşviqinə ölkə rəhbərliyi tərəfindən daim xüsusi diqqət ayrıldığını vurğulamış, nəticədə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrildiyini demişdir.

Daha sonra çıxış edən S.Kornel Cənubi Qafqaz regionunun strateji coğrafi mövqeyinin region dövlətlərinin beynəlxalq arenada münasibətlərinin xarakterinin formalaşmasına təsir göstərdiyini qeyd etmişdir. Regionu Qərblə Şərq arasında "həyati əhəmiyyətə malik dəhliz" kimi qiynətləndirən Kornel bu xüsusda Rusiya və İranla sərhədə malik yeganə dövlət olan Azərbaycanın mövcud reallıqlar və həssas qonşuluq şəraitində İsraillə strateji əməkdaşlığa sadiqliyinin xüsusi önəm daşıdığını vurğulamışdır.

B.Şaffer çıxışında Azərbaycanda şahidi olduğu tolerantlıqdan bəhs edərək, ölkəmizin torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, terrorçuluğun təbliğ edilmədiyi sülhsevər bir məkan olduğunu bildirmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən B.Şaffer bu kontekstdə Ermənistanın İranla münasibətlərindən xüsusilə bəhs etmişdir.

Məlumat üçün bildirək ki, ABŞ-dakı yəhudi icmasının ən genişmiqyaslı toplantısı olan İllik Siyasi Konfrasda bütün ştatlardan on üç mindən çox nümayəndə iştirak edir. Konfransın bu ilki əsas çıxışçıları sırasına ABŞ-ın vitse-prezidenti Co Bayden, İsrailin müdafiə naziri Ehud Barak, Kanadanın xarici işlər naziri Con Beyrd daxildir.

Azərbaycan mart ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
Azərbaycan mart ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi açıqlanıb
Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi açıqlanıb
Loading Bars
Xəbər lenti
Çaylarda ən müasir avtomat hidroloji stansiyalar istismara verilib (FOTO)
Azərbaycan Prezidenti: Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər
Prezident İlham Əliyev İrəvanın Ermənistana verilməsi haqqında: Mən bunu qınamışam, biz tarixi malalamamalıyıq
Rusiya Azərbaycanın daha bir neçə müəssisəsindən pomidor ixracı qadağasını götürdü
Zaqatalada 10 il əvvəl qətl törədən şəxsə hökm oxunub
Prezident İlham Əliyev: Demişdim ki, bizim torpağımızda heç vaxt ikinci erməni dövləti yaradıla bilməz
Prezident İlham Əliyev: Qarabağ məsələsində bir faiz güzəştə getmədim
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi
Aprelin 13-nə USD/AZN rəsmi məzənnəsi
Prezident İlham Əliyev: On min fərarisi olan ordu biabırçılıq və rəzalətdir
Azərbaycan Prezidenti: Söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim
Prezident İlham Əliyev AXC-Müsavat cütlüyü haqqında: Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər
TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır!
Prezident İlham Əliyev: O vaxt müdafiə naziri söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq
Azərbaycan Prezidenti: Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi
Azərbaycan Prezidenti: Ovaxtkı xunta başçısı Sarkisyan acı məğlubiyyətdən sonra mənə torpaqları qaytarmaq sözü vermişdi
Yasamalda bir ailənin üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Müharibənin getdiyi dövrdə göstəriş vermişdim ki, nömrələr yığılsın
Prezident İlham Əliyev: Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun gücünü görəcək
Azərbaycan Prezidenti: Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq
Prezident İlham Əliyev: Haradandır “İsgəndər-M” raketləri Ermənistan ordusunda?
Yelo Bank tələbələrə karyera imkanları yaratmağa davam edir
“Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir (FOTO)
Arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Ceyhun Bayramov İtaliya Senatının Komissiya sədri ilə görüşüb (FOTO)
Parisdə xəstəxana yaxınlığında atışma olub - Ölən var
Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı müzakirə olunub
“Mozalan” efirə qayıdır (VİDEO)
Revanşist iddialar Ermənistanı məhvə apara bilər - Deputat
"Ziraat Bank" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb
Kürdəmirin sabiq icra başçısının həbs müddəti uzadıldı
Neftçalanın 14 kəndi içməli su ilə təmin edilir - "Azərsu"
DİN Neftçalada 16 yaşlı əqli zəif qızla bağlı yayılan ittihamlara cavab verdi
AzMİU-da vaksinasiya prosesi uğurla davam edir
Özünüməşğulluq proqramında yeni sahə - BARAMAÇILIQ
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
Daha 70-ə yaxın jurnalist vaksinasiya olundu
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Şəmkirdə tanışını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda postmüharibə dövrü üçün əhatəli sosial dəstək proqramı hazırlanıb - Səttar Möhbalıyev
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanının nəticələri elan olunub
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
Yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 501,6 milyon dollar təşkil edib - Nazir
Xaçmazın icra başçısı topçu Vüsalı evində ziyarət etdi (FOTO)
Əlilliyi olan 2 731 şəxsə 11 212 reabilitasiya vasitəsi verilib
Oğuzda reyd: Piyada və sürücülərə xəbərdarlıq edildi (FOTO)
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçicilərilə görüşüb (FOTO)
Ağdaşda çay hövzəsini çirkləndirən bələdiyyə sədrinə təmizlik üçün məcburi göstəriş verildi
Dünya əhalisinin yalnız 5 faizdən çoxu peyvəndlənib - "Bloomberg"
Türkiyədə turizm sektorunda çalışanlar vaksinasiya olunub
Abşeronda karantin rejimini pozaraq fəaliyyət göstərən çay evləri aşkarlanıb (FOTO/VİDEO)
Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb
Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ!
Metro qatarlarının baxış-təmir sahələrində daha bir yenilik tətbiq edilir (FOTO)
Macarıstan TV-ləri ilə AzTV-nin əməkdaşlığı genişləndirilir - Göstəriş verilib
Mənzil İnşaatı Dövlət Agentliyi 5 ildir vətəndaşlara xidmət edir (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Hərbi Qənimətlər Parkı: Gələcək nəsillərə örnək, düşmənə əbədi gözdağı – Trend TV-nin REPORTAJI
Bakının məşhur prospekti "8 Noyabr" adlandırılır
Cəlilabadda toy mərasimi keçirənlər cərimələnib
Balaxanı Sənaye Parkında yeni müəssisələr yaradılır - Sərəncam
Almaniya və Nepaldan quş ətinin idxalına qadağa qoyulub
Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Azərbaycan-Türkiyə media platforması Türk dövlətlərinin media əməkdaşlığı üçün əsas götürülə bilər
Bu müharibədə Azərbaycan xalqı əsl qəhrəmanlıq göstərdi - Deputat
Azərbaycan Ordusunda raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb (FOTO/VİDEO)
BVF Azərbaycan üçün neftin fiskal itkisiz qiymətini açıqlayıb
Minaya düşüb ömürlük şikəst olanlar - Düşmən terroru davam edir - Trend TV-nin REPORTAJI
Şəhid ailələri ilə görüşlər keçirilib (FOTO)
İranda ötən sutka 23 min nəfər koronavirusa yoluxub, 274 nəfər ölüb
Ermənistanda süd məhsulları tamamilə saxtalaşdırılır - Rəsmi
Aleksandr Lukaşenko sabah Azərbaycana gəlir
Sabah arabir yağış yağacaq, 24 dərəcəyədək isti olacaq
Sabunçuda nişan mərasimi dayandırılıb, 20 nəfər cərimələnib (VİDEO)
Azərbaycan mart ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
Cəlilabad və Masallıda koronavirus xəstələri saxlanılıb
Bərdədə yol polisi reyd keçirib (FOTO)
Gürcüstan parlamentində Qarabağla bağlı müzakirələr keçirilir
"Xanoba" gömrük postunun buraxılış qabiliyyəti artırılır (FOTO/VİDEO)
Balakəndə narkotik istixanası aşkarlandı (FOTO)
DYP Sumqayıtda reyd keçirib (FOTO/VİDEO)
Baş pediatr koronavirusla bağlı valideynlərə müraciət etdi
Qayınatasının yasına gedən koronavirus xəstəsi saxlanıldı (VİDEO)
Vətən müharibəsi şəhidinin adı əbədiləşdirilib (FOTO)
Uşaqlar koronavirusu daha yüngül keçirir - Baş pediatr
BTQ ilə yük daşımaları 50 faiz artıb
Bərdədə canavar sürüsü kəndə girərək təsərrüfata hücum çəkib (VİDEO)
FHN Xəzərdə reyd keçirdi, 3 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu (FOTO/VİDEO)
Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib (YENİLƏNİB - 1) (FOTO/VİDEO)
Fəzail İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib
Azərbaycanla Ukrayna aqrar sahədə əməkdaşlığı genişləndirir
Şamaxıda toy sahibi və qonaqlar cərimələndi
Qaradağda daş karxanasında faciə, usta öldü
Bərdədə ad günü keçirənlər cərimələndi
BVF Azərbaycanın valyuta ehtiyatları ilə bağlı proqnozlarını açıqlayıb
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Saatlıda yas mərasimi aşkarlanıb
Gəncədə küçə və prospektlər dezinfeksiya edilib (FOTO)
Mərkəzi Bank yeni əsginaslarla bağlı problemi aradan qaldırmaq üçün tapşırıq verib
Bütün xəbərlər