...

Serj Sarkisyan Rusiyanın iqtisadi dəstəyinə ümid edir

Siyasət Materials 12 Mart 2013 18:07 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan RF Prezidenti Vladimir Putinlə görüşündə Rusiya liderini Ermənistana səfərə dəvət etdiyini təsdiq edib, həmçinin Rusiyanın yardım və dəstəyinə ümid etdiyini bildirib. Bu barədə Trend çərşənbə axşamı "RİA Novosti"yə istinadən məlumat verir.
Serj Sarkisyan Rusiyanın iqtisadi dəstəyinə ümid edir

Azərbaycan, Bakı, 12 mart /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyan RF Prezidenti Vladimir Putinlə görüşündə Rusiya liderini Ermənistana səfərə dəvət etdiyini təsdiq edib, həmçinin Rusiyanın yardım və dəstəyinə ümid etdiyini bildirib. Bu barədə Trend çərşənbə axşamı "RİA Novosti"yə istinadən məlumat verir.

Putinin şəhərətrafı iqamətgahında keçirilən ikitərəfli görüşdə Sarkisyan xatırladıb ki, onun bu səfəri Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra ilk xarici səfəridir.

"İlk xarici səfərin Moskvaya həyata keçirilməsi qanunauyğunluqdur. Rusiya strateji tərəfdaşımız, müttəfiqimizdir, - Sarkisyan qeyd edib. - Biz bütün sahələrdə - siyasət, iqtisadiyyat, hərbi və humanitar sahələrdə və inteqrasiya proseslərində müstəsna nəticələr əldə etdik". O, həmçinin son görüşdən sonra hərbi sahədə irəliləyişə görə Putinə təşəkkürünü bildirib.

Sarkisyan müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun Ermənistana səfərlərini xatırladıb.

"İqtisadiyyatda da inkişafın olması ilə razıyam. Biz Rusiyanın yardım və dəstəyinə ümid edirik, - Sarkisyan deyib. - Ermənistana dövlət səfəri ilə bağlı dəvətimi bir daha təsdiq edirəm".

Putin, öz növbəsində, qeyd edib ki, Rusiya və Ermənistanı xüsusi münasibətlər birləşdirir. O, Sarkisyanı prezident seçkilərində qələbə münasibətilə yenidən təbrik edib.

"Ermənistanla xüsusi münasibətlərimiz var. Ümumilikdə, əlaqələr inkişaf edir. Dünya iqtisadiyyatında müəyyən çətinliklərə baxmayaraq, ötən il əmtəə dövriyyəsi 20 faizdən çox artıb və məmnunluqla qeyd etmək istərdim ki, Rusiya Ermənistan ilə ticari-iqtisadi dövriyyədə inamla birinci yerini qoruyur", - Putun deyib.

O qeyd edib ki, Rusiya 3 milyarddan çox məbləğlə Ermənistanda cəmləşmiş xarici investisiyalar üzrə də birinci yeri tutur.

"Bizim böyük, perspektiv, yaxşı birgə investisiya planlarımız var, hazırda bütün bu kompleks məsələlər üzrə danışmağa imkanımız olacaq", - Rusiyanın dövlət başçısı deyib.

Onun sözlərinə görə, siyasi sahədə təmaslar da bir o qədər artır.

"Bu, insanlar arasında münasibətlərin möhkəmlənməsi üçün yaxşı zəmin yaradır. Müvafiq birliklər, xüsusən, Rusiyadakı birləşmiş erməni diasporu vacib rol oynayır. Bu, bizi birləşdirən əlavə insan potensialıdır", - Putin əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti