...

Yerevanda Ovannisyanın tərəfdarları nümayiş keçirir

Siyasət Materials 15 Mart 2013 18:26 (UTC +04:00)
Yerevanın Azadlıq meydanında Ermənistan prezidentliyinə sabiq namizəd Raffi Ovannisyanın tərəfdarlarının nümayişi keçirilir.
Yerevanda Ovannisyanın tərəfdarları nümayiş keçirir

Azərbaycan, Bakı, 15 mart /Trend/

Yerevanın Azadlıq meydanında Ermənistan prezidentliyinə sabiq namizəd Raffi Ovannisyanın tərəfdarlarının nümayişi keçirilir.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumaat görə, nümayiş İrs Partiyasının İdarə heyəti sədrinin müavini Armen Martirosyanın rəhbərliyi ilə keçirilir.

Raffi Ovannisyan tribunaya çıxan zaman meydana toplaşanlar onu alqışla qarşılayıblar. Onlar həmin meydanda müddətsiz aclıq aksiyası keçirən şəxslər olub.

Martirosyan bəyan edib ki, vətəndaşların əksəriyyətinin Ovannisyanın aclıq aksiyası keçirməsi ilə bağlı narahatlığı başa düşüləndir, lakin o əmin olduğunu bildirib ki, bu nümayişdən sonra sabiq namizədin iradəsi daha da güclənəcək.

Martirosyan, həmçinin bildirib ki, müxalifət tərəfdarlarının təkidi ilə aşağıdakı mətn üzrə vətəndaşların imzalarının toplanmasına başlanılıb:

"Mən, Ermənistan vətəndaşı yeni seçilmiş prezident Raffi Ovannisyanın mübarizəsini alqışlayıram, ona hər cür yardım etməyə, o cümlədən aprelin 9-da irimiqyaslı etiraz aksiyasında iştirak etməyə hazıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti