Azərbaycan, Bakı, 24 mart /Trend/
ABŞ-ın dövlət katibi Con Kerri gözlənilmədən İraqa səfər edib.
Trend-in RBK-ya istinadən yaydığı məlumatda deyilir ki, dövlət katibi səfər çərçivəsində ölkədə dini və etnik münaqişələrin qarşısının alınması, İran təyyarələrinə İraqın hava məkanından istifadəyə qadağa qoyulması kimi məsələləri müzakirə edəcək.
Aparılacaq danışıqlarda, həmçinin, İraqın iqtisadi inkişafı ilə bağlı problemlər də müzakirə ediləcək.