Sarkisyanın mətbuat katibi: Prezidentin Ovannisyana təklifi qüvvədədir

Siyasət Materials 27 Mart 2013 17:00 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyanın martın 25-də müxalif "İrs" partiyasının lideri Raffi Ovannisyana göndərdyi təklif meydandan səsləndirilən əsassız ultimatumların onun səmərəliliyini hər saat azaltmasına baxmayaraq, hələlik qüvvədədir.
Sarkisyanın mətbuat katibi: Prezidentin Ovannisyana təklifi qüvvədədir

Azərbaycan, Bakı, 27 mart /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyanın martın 25-də müxalif "İrs" partiyasının lideri Raffi Ovannisyana göndərdyi təklif meydandan səsləndirilən əsassız ultimatumların onun səmərəliliyini hər saat azaltmasına baxmayaraq, hələlik qüvvədədir. Trend-in çərşənbə günü Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu Sarkisyanın mətbuat katibi Armen Arzumanyan deyib.

Qeyd edək ki, Ovannisyan martın 22-si və 26-da Sarkisyana iki məktub göndərib. O, birinci məktubunda ölkə başçısını tərəfdarlarını 8 dövlət vəzifəsinə təyin etməyə və prezident seçkilərində saxtakarlığa görə cavabdeh olanları cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.

Buna cavab olaraq, Sarkisyan Ovannisyana göndərdiyi məktubda aclıq aksiyasını dayandırmağa və birgə işləməyə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti