...

XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyə bir-birlərinə çox şey verə bilərlər

Siyasət Materials 28 Mart 2013 12:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 mart /Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstan, Azərbaycan və Türkiyəni yalnız neft və qaz boruları deyil, həm də siyasət və mədəniyyət birləşdirir. Trend-in məlumatna görə, bu barədə cümə axşamı Batumidə Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze XİN rəhbərlərinin üçtərəfli görüşündən əvvəl açıqlamasında bildirib.

"Biz "Trabzon" bəyannaməsi çərçivəsində yeni formatda əməkdaşlığa başlamışıq ki, o, siyasət, mədəniyyət, cəmiyyətin inkişafı və başqa sahələrdə əlaqələrin dərinləşməsinə gətirib çıxaracaq. Bizim bu sahələrdə bir-birimizlə bölüşməyə çox şey var", - o bildirib

Pancikidze qeyd edib ki, üçtərəfli görüşdə 2013-2015-ci illərdə idarələrarası əməkdaşlıq çərçivəsində iş planı müəyyənləşəcək.

"Biz bir-bizimizə çox şey verə bilərik. Mən hesab edirəm ki, bizim əməkdaşlığımız xeyirli olacaq",- deyə Gürcüstan XİN rəhbəri bildirib.

Batumidə Azərbaycan, Gürcüstan, Türkiyə XİN rəhbərlərinin iştirakı ilə ikinci üçtərəfli görüş keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti