Gürcüstan, Tbilisi, 28 mart /Trend, müxbir N.Kirtsxaliya/
Bu protokol hər üç ölkəyə daha dərindən əməkdaşlıq etmək imkanı yaradacaq.
Trend-in məlumatına görə, bu fikir cümə axşamı Azərbaycan, Gürcüstan, Türkiyə XİN rəhbərləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Mayya Pancikidzenin birgə iştirakı ilə təşkil edilən konfrasda səslənib.
2013-2015 illər üzrə idarələrarası əməkdaşlığın fəaliyyət planı üç ölkənin müvafiq idarələri tərəfindən hazırlanıb və konkret layihələrin və təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutur.
Növbəti üçtərəfli görüş təxminən 2013-cü ilin ikinci yarısında Azərbaycanda keçiriləcək.