Gürcüstan, Tbilisi, 28 mart /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan məshəti türklərinin vətənlərinə qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze brifinqdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökumətinə Stalin rejimi tərəfindən 1944-cü ildə Samtsxe-Cavaxeti bölgəsinə sürgün edilmiş məshəti türklərindən vətənlərinə qayıtmaqla bağlı cəmi 5000 müraciət daxil olub.
"Bu müraciətlərdən 900-ü müsbət cavablandırılıb və yaxın vaxtlarda onların qaytarılması prosesinə başlanılacaq", - xanım Pancikidze bildirib.