...

Azərbaycan, Türkiyə, Gürcüstan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının vacibliyini vurğulayıblar

Siyasət Materials 29 Mart 2013 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan, Türkiyə və Gürcüsta XİN rəhbərləri birgə komyunuke qəbul ediblər. Sənəddə növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının vacibliyi qeyd edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan XİN-in rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Ötən gün Azərbaycan, Türkiyə, Gürcüstan XİN rəhbərləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Mayya Pancikidze Batumidə baş tutan üçtəfəfli görüşdə iştirak ediblər.

XİN rəhbərləri birgə komyunukedə siyasi dialoq və konkret üçtərəfli layihələrin həyata keçirilməsi üçün yeni platforma qismində yeni formatda regional əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

Tərəflər görüşün iştirakçı ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə qəti dəstəklərini bir daha bəyan ediblər və suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərinin pozulmamasına hörmət əsasında Azərbaycanın Dağlıq Qarabağ regionu və Gürcüstanın Abxaziya və Sxinvali regionu ətrafında münaqişələrin sülh yolu ilə tezliklə nizamlanmasının vacibliyini qeyd ediblər. Bununla belə, komyunukedə qaçqınların təhlükəsiz və layiqli şəkildə qayıtması və insanların yaşadıqları ərazidə daxili yerdəyişməsinin zərurəti qeyd edilib.

Sənəddə bildirilir ki, həmçinin fəaliyyətin müxtəlif sahələrində praktiki əməkdaşlıq və konkret üçtərəfli layihələr regional inteqrasiya və siyasi birliyin dərinləşməsi üçün möhkəm zəmin ola bilər.

XİN rəhbərləri komyunukedə tərəflər arasında iqtisadi və işgüzar əlaqələrin möhkəmləndirilməsinin vacibliyi qeyd ediblər və 2013-cü ilin mayında Qəbələdə keçiriləcək üçüncü Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumun başlanılmasını alqışlayıblar.

Tərəflər, həmçinin üçtərəfli əməkdaşlığın uğurlu nümunəsi qismində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu layihənin həyata keçirilməsi üç ölkənin iqtisadi inkişafına yardım edəcək və regionu Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizinin əsas hissəsi olmaq üçün beynəlxalq əhəmiyyətin yeni səviyyəsində təmsil edəcək.

XİN rəhbərləri Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin uğurla həyata keçirilməsinin, o cümlədən enerji resurslarının beynəlxalq bazarlara tədarükü üzrə yeni birgə layihələrinin başlanmasının vacibliyini təsdiq ediblər.

Tərəflər tranzit, enerji dəhlizi layihələrinin inkişaf perspektivlərini, həmçinin alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsini öyrənməyə hazır olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti