...

Ermənistan Milli Konqresi Yerevanda nümayiş keçirəcək

Siyasət Materials 17 Aprel 2013 16:43 (UTC +04:00)
Ermənistan Milli Konqresi (EMK) aprelin 30-da Azadlıq meydanında nümayiş keçirəcək.
Ermənistan Milli Konqresi Yerevanda nümayiş keçirəcək

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Ermənistan Milli Konqresi (EMK) aprelin 30-da Azadlıq meydanında nümayiş keçirəcək. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu EMK üzvü, Yerevanın sabiq meri Vaaqn Xaçatryan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, nümayişdə EMK-nın lideri Levon Ter-Petrosyan mütləq iştirak və çıxış edəcək.

Xaçatryan ümid etdiyini bildirib ki, həmin gün EMK-nın əməkdaşlıq etdiyi digər siyasi qüvvələrin nümayəndələri də çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti