...

Əli Laricani: İran istənilən vəziyyətdə Suriyanı dəstəkləyəcək

Siyasət Materials 1 May 2013 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbirlər A.Bədəlova, T.Cəfərov/

İran parlamentinin spikeri Əli Laricani Tehranda suriyalı həmkarı Məhəmməd Cahad Əlhamla görüşüb. Bu barədə Trend IRIB telekanalının saytına istinadən məlumat verir.

Görüş zamanı Laricani qeyd edib ki, İran istənilən vəziyyətdə Suriyanı dəstəkləyəcək.

Laricani vurğulayıb ki, Suriyadakı mövcud vəziyyət region ölkələrə beynəlxalq təzyiq nəticəsində yaranıb.

Məhəmməd Cahad Əlham Suriyaya çətin günlərdə göstərdiyi dəstəyə görə İran tərəfinə minnətdarlığını bildirib və qeyd edib ki, Suriya xalqı və hakimiyyəti vəziyyətin sabitləşməsi üçün bütün imkanlardan istifadə etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti