...

İran prezidenliyinə namizəd işsizliklə mübarizə aparacağına söz verib

Siyasət Materials 31 May 2013 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.Tariverdiyeva/

İranda prezidentliyə namizəd Vilayəti bəyan edib ki, İranda işsizliyin aradan qaldırılması üçün əlindən gələni edəcək.

Qərbi Azərbaycan vilayətində çıxış edən prezidentliyə namizəd bildirib ki, bu vilayətin strateji vəziyyətini nəzərə alaraq, hökumət Qərbi Azərbaycandan ixracın artımı üzərində işləməlidir. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.

Qərbi Azərbaycan vilayəti Azərbaycan, Türkiyə və İraqla həmsərhəddir.

Vilayəti vurğulayıb ki, Urmiya gölünün bərpası regionda turizmin və sənayenin inkişafına təkan verəcək: "İran həmişə beynəlxalq birliklə qarşılıqlı əlaqələrə hazırdır, lakin ölkə heç vaxt "Nüvə silahının yayılmaması haqqında" müqaviləyə uyğun olaraq, öz nüvə hüququndan imtina etməyəcək".

Vilayəti bildirib ki, İranın iştirakı olmadan heç bir regional məsələ həll edilə bilməz. Onun sözlərinə görə, bundan əlavə, prezident seçiləcəyi təqdirdə istehsal və özəlləşdirmənin hesabına milli iqtisadiyyatı dəstəkləyəcək.

Qeyd edək ki, Vilayəti İranın ali dini liderinin müşaviridir.

İranda 11-ci prezident seçkilərinin 14 iyul 2013-cü ildə keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti