...

Hakim partiya: Türkiyə-Aİ münasibətləri pisləşə bilər

Siyasət Materials 18 İyun 2013 14:33 (UTC +04:00)
Avropa Parlamentinin qeyri-obyektiv və əsassız bəyanatlarından sonra Türkiyə və Avropa İttifaqı (Aİ) arasında münasibətlər soyuya bilər. Bu barədə çərşənbə axşamı Trend-ə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü Məzhər Bağlı bildirib.
Hakim partiya: Türkiyə-Aİ münasibətləri pisləşə bilər

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir R.Hafizoğlu/

Avropa Parlamentinin qeyri-obyektiv və əsassız bəyanatlarından sonra Türkiyə və Avropa İttifaqı (Aİ) arasında münasibətlər soyuya bilər. Bu barədə çərşənbə axşamı Trend-ə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü Məzhər Bağlı bildirib.

Bağlı deyib ki, belə bəyanatlar Türkiyə-Aİ münasibətlərinə soyuqluq gətirə bilər: "Lakin bu, ümumilikdə Aİ ilə münasibətlərə təsir etməyəcək".

Bir müddət əvvəl Avropa Parlamenti Türkiyədə etiraz edənlərin hüquqlarının məhdudlaşdırılması barədə bəyanatla çıxış edib. Buna cavab olaraq Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Aİ-nin Türkiyə ilə bağlı istənilən qərarı əsassızdır.

Bağlının sözlərinə görə, Avropa Parlamentinin Türkiyədəki hadisələrlə bağlı qərarı tələsik xarakter daşıyır. Bu qərarı qəbul etməzdən əvvəl Avropa Parlamenti Türkiyədəki vəziyyəti diqqətlə öyrənməli və yalnız bundan sonra bu məsələ ilə bağlı rəsmi bəyanat verməli idi.

AKP üzvü vurğulayıb ki, Türkiyədəki iqtisadi artım və bir neçə Avropa ölkələrində iqtisadi azalma belə bir bəyanatın arxasında Türkiyənin iqtisadi uğurlarına paxıllıq hissinin durduğunu güman etməyə əsas verir: "Əgər Aİ-nin Türkiyəyə belə münasibəti davam etsə, onda ölkə Avropa İttifaqının bəyanatlarının qarşısını alacaq yeni siyasət yürütməyə başlayacaq".

Türkiyədə 20 gündən artıqdır ki, etiraz aksiyaları davam edir. Hökumət nümayəndələrinin sözlərinə görə, aksiyalar artıq antihökumət xarakteri daşıyır.

Türkiyənin müxalifət partiyaları polisi etirazçılara qarşı həddindən artıq güc tətbiq etməkdə günahlandırır.

Bundan əvvəl Türkiyənin daxili işlər naziri bildirmişdi ki, etirazçılara qarşı həddindən artıq güc tətbiqi ilə əlaqədar araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti