...

Əli Əhmədov: Prezident seçkilərinə hazırlıq işləri lazımi səviyyədə davam etdirilir

Siyasət Materials 24 İyun 2013 12:46 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar hazırlıq proqramına uyğun olaraq işlər davam etməkdədir.
Əli Əhmədov: Prezident seçkilərinə hazırlıq işləri lazımi səviyyədə davam etdirilir

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar hazırlıq proqramına uyğun olaraq işlər davam etməkdədir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov deyib:

"Məlum olduğu kimi Yeni Azərbaycan Partiyası öz namizədini partiyanın V qurultayında təsdiq edib, müəyyənləşdirib və hazırda bu istiqamətdə zəruri işlər görülməkdədir. Yeni Azərbaycan Partiyasının yerli strukturlarının qarşıdan gələn prezident seçkilərinin təşkil olunmasında səfərbər olunması istiqamətində də biz lazımi işlər görürük".

Əhmədov qeyd edib ki, YAP-ın mesajlarının müəyyənləşdirilməsi, seçki proqramının və əsas hədəflərin seçicilərə çatdırılması istiqamətində də partiya işləri davam etdirir: "Hazırlıq işləri həmişə olduğu kimi lazımi səviyyədə davam etdirilir və güman edirəm ki, Yeni Azərbaycan Partiyasının apardığı genişmiqyaslı hazırlıq işləri bütövlükdə seçki kampaniyasının yüksək fəallıq şəraitində keçməsini təmin edəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti