...

Brusseldə nəşr olunan "New Europe" qəzetində moldovalı ombudsmanın Ermənistanda üzləşdiyi insidentlə bağlı məqalə dərc olunub

Siyasət Materials 10 İyul 2013 15:21 (UTC +04:00)
Brusseldə nəşr olunan "New Europe" qəzetində moldovalı ombudsman Aureliya Qriqoriunun Ermənistanda üzləşdiyi insidentlə bağlı məqalə dərc olunub.
Brusseldə nəşr olunan "New Europe" qəzetində moldovalı ombudsmanın Ermənistanda üzləşdiyi insidentlə bağlı məqalə dərc olunub

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir S.Əhmədova/

Brusseldə nəşr olunan "New Europe" qəzetində moldovalı ombudsman Aureliya Qriqoriunun Ermənistanda üzləşdiyi insidentlə bağlı məqalə dərc olunub. Bu barədə Trend-ə Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyindən məlumat verilib.

Məqalədə deyilir ki, Ermənistanın paytaxtı Yerevanda keçirilən konfransda moldovalı ombudsman Aureliya Qriqoriu çıxışı zamanı bildirib ki, Ermənistan silahlıları Xocalıda 613 nəfərin ölümünə səbəb olan faciəni törədiblər. O, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Qriqoriu bu çıxışından sonra qaldığı hotelin otağından çıxa bilməyib və onun ölkədən çıxmasına mane olublar.

"New Europe" qəzetində dərc olunan məqalədə qeyd edilir ki, iyulun 8-də keçirilən mətbuat konfransında moldovalı ombudsman bildirib ki, Yerevanda keçirilən konfransda çıxışı zamanı dondurulmuş münaqişə zonalarında insan haqlarının qorunması və təşviqi barədə danışıb. O deyib ki, öz çıxışında təkcə Ermənistanı yox, Gürcüstan və Moldova barədə də danışıb. Moldovalı ombudsman bildirib ki, onun qeyd etdiyi məlumat yeni deyil və sözügedən məlumatlar BMT-nin qətnaməsində öz əksini tapan faktlara əsaslanır:

"Moldovalı ombudsman mətbuat konfransında bildirib ki, çıxşı zamanı ictimaiyyətin diqqətini sadəcə münaqişə zonalarında insan haqlarının pozulmasına yönəltmək istəyib. O bildirib ki, çıxışı zamanı təkcə Dağlıq Qarabağda deyil, həmçinin Dnestryanı və Gürcüstanda insan haqları məsələlərinə toxunub".

Qəzetdə həmçinin qeyd edilir ki, Azərbaycan hökuməti ona dəstək olub.

Məqalədə Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın Moldova ombudsmanı Aureliya Qriqoriunun Ermənistanda hüquqlarının pozulması ilə bağlı bəyanatı da vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti