...

Əli Həsənov: Jurnalist Nicat Dağların müalicəsi ilə bağlı bütün məsələlər Prezidentin təşəbbüsü ilə dövlətin hesabına həyata keçiriləcək

Siyasət Materials 11 İyul 2013 10:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.Mehdiyev/

Cənab Prezident dünən mətbuatdan jurnalist Nicat Dağların müalicə məsələləri ilə bağlı səslənən təklifləri, fikirləri eşidən kimi dərhal tapşırıq verib və onunla bağlı dünən Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxlanılıb, lazımi tapşırıqlar verilib. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

PA rəsmisinin sözlərinə görə, düşünürük ki, bu günlərdə Nicat Dağların müalicəsi ilə bağlı bütün məsələlər cənab Prezidentin təşəbbüsü ilə dövlətin hesabına həyata keçiriləcək.

Qeyd edək ki, jurnalist Nicat Dağlar leykoz xəstəliyindən əziyyət çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti