...

Əli Əhmədov: Seçkiyə təsadüfi insanları namizəd elan etməklə qatılmaq uğur gətirə bilməz

Siyasət Materials 2 Sentyabr 2013 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Müxalifət düşərgəsində isə hər kəsin müşahidə etdiyi kimi, namizəd axtarışı, müəyyənləşdirilməsi, elan edilməsi seçkilərin vaxtı elan edildikən xeyli sonra da müzakirə predmeti olaraq qalmaqda idi. Çox böyük axtarışlardan sonra onlar seçki kampaniyasında iştirak etmək üçün namizəd tapıblar. Əlbəttə, bu, gülməli səslənir. Seçkidə iştirak üçün namizədi axtarmırlar və ya tapmırlar. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasına müsahibəsində "Müxalifət cəbhəsində baş verən xaotik, qeyri-müəyyən proseslərin fonunda "Milli şura" adlanan qondarma qurumda ziddiyyətlər müşahidə olunur. Dublyor xarakterli yeni namizədin irəli sürülməsi fonunda qarşıdurmaların daha da artdığı radikal müxalifət cəbhəsinin seçkiöncəsi fəaliyyətini necə qiymətləndirirsiniz?" sualı cavablandırarkən partiyanın Sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədovun sözlərinə görə, seçkidə iştirak etmək üçün namizədin axtarışı o deməkdir ki, elə bir namizəd mövcud deyil: "Seçkidə iştirak etmək istəyən partiya üçün seçki kampaniyası başlamazdan xeyli əvvəl onun namizədi müəyyən olunur. Hər bir seçkidə o insanlar namizəd kimi iştirak edirlər ki, həmin şəxslər onu namizəd kimi irəli sürən qrup üçün lider olsun. Partiya özünün lideri qəbul etdiyi şəxslə seçkiyə qatılır. Seçkiyə təsadüfi insanları namizəd elan etməklə qatılmaq uğur gətirə bilməz. Nəticədən asılı olmayaraq, hər bir siyasi partiya öz liderini seçki kampaniyasının həlledici fiquru olaraq qəbul edir. Vurğulamaq istərdim ki, Azərbaycan xalqı özünün,öz ailəsinin və dövlətinin taleyinə o qədər biganə deyil ki, seçkilərdə istənilən adamın lehinə səs versin. Növbəti beş ildə Azərbaycanın və ölkə vətəndaşlarının taley seçkidə veriləcək səslərdən asıldır. Buna görə də Azərbaycan xalqının təsadüfi insanlara səs verəcəyini düşünmək belə mümkün deyil. Müxalifət daxilindəki proseslərə gəldikdə isə, burada mənzərə daxili ziddiyyətlərlə səciyyələnir və çaşqınlıq hökm sürür. Çaşqınlıq, əvvəla, ondan ibarətdir ki, uzun axtarışlardan sonra seçkidə iştirak etmək üçün tapdıqları namizədin seçki kampaniyasına qoşulmaq istəmədiyi, seçkiyə qatılsa belə uğur qazanacağına inam olmadığı üzə çıxdı. Tapdıqları yeni namizədin müxalifətə hər hansı bir uğur gətirəcəyinə özləri də inanmırlar. Bunun adını istər "vahid namizəd", itərsə də "dublyor namizəd" qoysunlar, bu, Azərbaycan cəmiyyəti üçün elə bir əhəmiyyət kəsb etmir. Bu günlərdə müşahidə etdiyimiz gerçəklik ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində həm müxalifətə, həm də onun namizədinə biganəlik mövcuddur. Bu ondan irəli gəlir ki, Azərbaycan cəmiyyəti qarşıdan gələn prezident seçkilərində səs vermək istədiyi namizədi yaxşı tanıyır, öz mövqeyini və iradəsini də dəfələrlə açıq şəkildə ifadə edib. Belə olan halda digər namizədlərin uğur qazanmasına ümid yeri qalmır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti